Konte getmək fikrində deyil

Konte getmək fikrində deyil

"Çelsi”nin baş məşqçisi Antonio Konte klubdan getmək fikrində deyil.

 

Fanat.Az "Telegraph”a istinadən xəbər verir ki, italiyalı mütəxəssis öz istəyi xaricində, yalnız təzminat ödənilmək şərti ilə göndərilə bilər.

 

Kontenin "Çelsi” ilə müqavilə müddətinin bitməsinə 1 il qalıb. Rəhbərlik onu göndərmək qərarına gələcəyi təqdirdə 9 milyon funt sterlinq təzminat ödəməli olacaq.

 

Qeyd edək ki, "Barselona”nın sabiq çalışdırıcısı Luis Enrike və Mauritsio Sarrinin ("Napoli”) adı "Çelsi” ilə yanaşı çəkilir.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər