Konor Makqreqor: "Müqəddəs İsa, xahiş edirəm..."

Konor Makqreqor: "Müqəddəs İsa, xahiş edirəm..."
İki çəki dərəcəsi üzrə sabiq UFC çempionu Konor Makqreqor koronavirus pandemiyasından əziyyət çəkən İtaliya xalqı üçün dua edib.
Fanat.Az xəbər verir ki, döyüşçü bunu sosial şəbəkə hesabında yazıb: "İtaliyanı başımdan ata bilmirəm. Hər gün bu böyük millət üçün dua edirəm. Dünyaya dahi insanlar, möhtəşəm memarlıq abidələri və daha çox şey bağışlayan ölkənin düşdüyü duruma üzülürəm. 
Bu ölkənin öz üslubu var! İncəsənəti və mətbəxi təkrarsızdı... Siyahını uzatmaq da olar.
Müqəddəs İsa, xahiş edirəm İtaliyanı və onun insanlarını xilas et, bu gün və hər zaman qoru".
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər