Bugünlərdə mövsümün sonunda "Liverpul"dan ayrılacağını açıqlayan Yürgen Klopp karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat Az xəbər verir ki, məlumatı “Il Messaggero" yayıb.
Xəbərə görə, "Roma" alman mütəxəssisin xidmətində maraqlıdır. "Canavarlar" Kloppla uzunmüddətli layihəyə başlamaq istəyirlər.
Qeyd edək ki, Klopp 2015-ci ilin oktyabrından "Liverpul"u çalışdırır. 56 yaşlı mütəxəssis bu müddət ərzində "qırmızılar"la 7 titul qazanıb.
Nahid Məmmədov