Klopp MY ilə matçdan danışdı: "Ötənmövsümkü darmadağınlar..."

Klopp MY ilə matçdan danışdı: "Ötənmövsümkü darmadağınlar..."

"Liverpul"un baş məşqçisi Yürgen Klopp ötən mövsüm İngiltərə Premyer Liqasında (İPL) "Mançester Yunayted" üzərində qazandıqları böyük hesablı qələbələrin (5:0, 4:0) bu gün üçün hər hansı əhəmiyyət daşımadığını bildirib.

Fanat.Az xəbər verir ki, "Independent" alman çalışdırıcının dediklərini belə çatdırıb:

"Mən "Mançester Yunayted"lə onlar uduzandan yox, 5:0 hesablı qələbə qazanandan sonra qarşılaşmaq istəyərdim. Hələ ötən mövsüm bilirdim ki, bizim MY ilə qarşılaşmalarda imza atdığımız darmadağınlar bu mövsüm heç nəyə yaramayacaq. Məni əvvəlki nəticələr maraqlandırmır. Tam fərqli durumlar, fərqli oyunlardır... "Mançester Yunayted"in futbolçularının bizə qarşı ikiqat motivasiya ilə mübarizə aparacaqlarını düşünürəm".

Qeyd edək ki, "Liverpul" İPL-in 3-cü turu çərçivəsində "Mançester Yunayted"lə üz-üzə gələcək. Qarşılaşma avqustun 22-də, "Old Trafford"da keçiriləcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər