Klopp millini çalışdırmağa əsas namizəddir - AÇIQLAMA

Klopp millini çalışdırmağa əsas namizəddir - AÇIQLAMA

Yürgen Klop Almaniya millsinin baş məşqçisi postunda Yulian Nagelsmannı əvəz edə bilər. 

Fanat.Az "Sport24"-ə istinadən xəbər verir ki, bu barədə Almaniya yığmasının idman direktoru Rudi Föller açıqlama verib. 

O, Nagelsmann gedəcəyi təqdirdə Kloppu baş məşqçi postuna əsas namizəd adlandırıb: “Əgər Nagelsmann nə vaxtsa Avropa klublarından birində işləmək qərarına gəlsə, Klopp əsas namizədimizdir. Onun uzun müddət Almaniyadan kənarda çalışdığını nəzərə alacağıq. Klopp inanılmaz karyeraya sahibdir".

Yürgen Klopp məşqçilik karyerasında “Maynts 05”, “Borussiya Dortmund” və “Liverpul”a rəhbərlik edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər