Klopp ən yaxşı məşqçi seçildi

Klopp ən yaxşı məşqçi seçildi
İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün ən yaxşı məşqçiləri müəyyənləşib.
 
Fanat.az xəbər verir ki, bu ada "Liverpul"a ölkə çempionluğunu qazandıran Yurgen Klopp layiq görülüb.
 
Buna Premyer Liqa rəhbərliyi qərar verib. 
Almaniyalı mütəxəssis həmkarları Frenk Lempard ("Çelsi"), Brendan Rojers ("Lester") və Kris Uaylderi ("Şeffild Yunayted") qabaqlayıb.
Qeyd edək ki, "Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold mövsümün ən yaxşı gənc futbolçusu seçilib.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər