Klopp Didye Deşamı sərt tənqid etdi: "Üzümü ona tutub deyirəm..."

Klopp Didye Deşamı sərt tənqid etdi: "Üzümü ona tutub deyirəm..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Fransa yığmasının baş məşqçisi Didye Deşamı müdafiəçi İbrahim Konateni milliyə çağırdığına görə tənqid edib.

Fanat.Az xəbər verir ki, "Footmercato" alman məşqçinin dediklərini belə çatdırıb: “Konate "Tuluza" ilə matçda oynamadı, baxmayaraq ki, onun bütün cəhətlərini bəyənirəm. Bu oyunçunun bir neçə zədəsi var idi. Lakin Deşam onu ​​iki oyun keçirməyə məcbur etdi. Bu səbəbdən ona istirahət verməli olduq. Deşama üzümü tutub deyirəm: oyunçulara bir neçə dəqiqə deyil, belə istirahət verilməlidir”.

Qeyd edək ki, Konate bu mövsüm "qırmızı-qaralar"ın heyətində 9 oyun keçirib və bu matçlarda qol vurmayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər