KL: Rocersin "tülkülər"i Mourinyunun "canavarlar"ı ilə bacarmadı

KL: Rocersin "tülkülər"i Mourinyunun "canavarlar"ı ilə bacarmadı

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Olimpik Marsel"i Niderlandda "Feyenoord"a  2:3 hesabı ilə məğlub olub. Gecənin digər matçında isə İtaliya "Roma"sı İngiltərədə "Lester Siti"nin qonağı olub. Matçda qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab oyunları mayın 5-də gerçəkləşəcək.

UEFA Konfrans Liqası, yarımfinal İlk oyunlar

28 aprel

"Feyenoord" (Niderland) - "Olimpik Marsel" (Fransa) 3:2 Qollar: Siril Dessers, 18, 46. Luis Sinisterra, 20. - Bamba Dienq, 28. Cerson, 40. Baş hakim: Maykl Oliver (İngiltərə)

"Lester Siti" (İngiltərə) - "Roma" (İtaliya) 1:1 Qollar: Ademola Lukman, 67. - Lorentso Pelleqrini, 15. Baş hakim: Karlos del Serro (İspaniya)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər