KL: Bu gün Liqa mərhələsinin püşkatması keçiriləcək

KL: Bu gün Liqa mərhələsinin püşkatması keçiriləcək

Bu gün UEFA Konfrans Liqasında Liqa mərhələsinin püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Liqa mərhələsində 36 komanda iştirak edəcək. UEFA Çempionlar Liqası və Avropa Liqasından fərqli olaraq, Konfrans Liqasında komandalar hər səbətdən (cəmi 6 səbət) bir rəqiblə görüşəcək. Beləliklə, hər komanda 6 oyuna çıxacaq. İştirakçıların rəqibləri də püşkdə bəlli olacaq.

1-ci səbət “Çelsi” (İngiltərə) “Kopenhagen” (Danimarka) “Gent” (Belçika) “Fiorentina” (İtaliya) LASK (Avstriya) “Betis” (İspaniya)

2-ci səbət “Başakşəhər” (Türkiyə) “Molde” (Norveç) “Legiya” (Polşa) “Haydenhaym” (Almaniya) “Yurqorden” (İsveç) APOEL (Kipr)

3-cü səbət “Rapid” (Avstriya) “Omoniya” (Kipr) HJK (Finlandiya) “Vitoriya” (Portuqaliya) “Astana” (Qazaxıstan) “Olimpiya” (Sloveniya)

4-cü səbət “Serkl Brügge” (Belçika) “Şemrok Rovers” (İrlandiya) TNS (Uels) “Luqano” (İsveçrə) “Harts” (Şotlandiya) “Mlada Boleslav” (Çexiya)

5-ci tur “Petrokub” (Moldova) “Sentk Qallen” (İsveçrə) “Panatinaikos” (Yunanıstan) “Baçka Topola” (Serbiya) “Boraç” (Bosniya və Herseqovina) “Yagelloniya” (Polşa)

6-cı səbət “Çelye” (Sloveniya) “Larne” (Şimali İrlandiya) “Dinamo” (Minsk, Belarus) “Pafos” (Kipr) “Vikinqur” (İslandiya) “Noah” (Ermənistan)

Liqa mərhələsinin oyun günləri də bəllidir. Əsas mərhələnin bütün oyunları elə bu il yekunlaşacaq:

1-ci tur: 3 oktyabr 2-ci tur: 24 oktyabr 3-cü tur: 7 noyabr 4-cü tur: 28 noyabr 5-ci tur: 12 dekabr 6-cı tur: 19 dekabr

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər