KL: 2-ci mərhələyə adlayan komandalar müəyyənləşdi

KL: 2-ci mərhələyə adlayan komandalar müəyyənləşdi

Bu gün UEFA Konfrans Liqasında I təsnifat mərhələsinin cavab görüşləri start götürüb. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub. 

Günün ilk görüşü Farer adalarında keçirilib. "B36 Torshavn" ilk oyunda uduzduğu Latviya "Auda"sını qəbul edib. Farer adaları təmsilçisi rəqibinə doğma azarkeşləri önündə də uduzub.

Şimali İrlandiya "Kruseyders"i isə "Karnarvon"u (Uels) qonaq edib. Cütün qalibi penalti seriyasında müəyyənləşib. Gərgin keçən "lotoreya"nı uelslilər qazanıblar.

Mərhələyə sabah yekun vurulacaq ki, ikinci oyun günündə 23 qarşılaşma keçiriləcək.

UEFA Konfrans Liqası 1-ci təsnifat mərhələsi, cavab oyunları 17 iyul

B36 Torshavn (Farer adaları) - Auda (Latviya) 0:1 (ilk oyun - 0:2) Kruseyders (Şimali İrlandiya) - Karnarvon (Uels) 3:1, penaltilərlə - 7:8 (ilk oyun - 0:2) 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər