"Keşlə"nin legioneri Millətlər Liqasında "fərqləndi"

"Keşlə"nin legioneri Millətlər Liqasında "fərqləndi"
"Keşlə”nin futbolçusu Edvinas Girdvainis Litva millisinin heyətində UEFA Millətlər Liqasının oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı müdafiəçi Serbiya ilə oyunda 90 dəqiqə forma geyinib. Edvinas 54-cü dəqiqədə sarı vərəqə alıb.
C Liqasının IV qrupunda yer alan komandaların qarşılaşmasında litvalılar böyük hesabla məğlub olublar - 1:4.
Qeyd edək ki, qrupda keçirdiyi bütün görüşlərdən məğlub ayrılan Litva yığması Millətlər Liqası ilə xalsız vidalaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər