"Keşlə" - "Baltsan" matçının başlama saatı müəyyənləşdi

"Keşlə" - "Baltsan" matçının başlama saatı müəyyənləşdi
"Keşlə" və Maltanın "Baltsan" komandaları arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununun başlama saatı müəyyənləşib. 
Fanat.Az xəbər verir ki, iyulun 19-da keçiriləcək matç saat 21.00-da başlanacaq. Görüş "Dalğa Arena"da təşkil olunacaq.  
Qeyd edək ki, ilk qarşılaşma iyulun 12-də Ta Qali şəhərindəki Milli Stadionda olacaq. Bu oyun da Bakı vaxtı ilə saat 21.00-da start götürəcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər