“Kayrat”ın rusiyalı baş məşqçisi Aleksandr Kerjakov postundan ayrılıb.
Fanat.Az Qazaxıstanın klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Kerjakov mayın sonundan "Kayrat"ı çalışdırırdı. Almatı komandası onun rəhbərliyi altında keçirdiyi 12 oyunda 6 qələbə qazanıb, 3 heç-heçə edib, 3 dəfə məğlub olub. "Kayrat" 18 oyundan sonra 32 xalla Qazaxıstan çempionatının lideridir.