Kərim Benzema zədələndi

Kərim Benzema zədələndi

"Əl-Hilal"ın hücumçusu Kərim Benzema Pro Liqanın 10-cu turunda "Əl-Taavun"a qarşı keçirəcəkləri oyun ərəfəsində xəsarət alıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, omba əzələsində problem yaranan forvard bu gün tibbi müayinədən keçəcək.

Benzemanın məşqdə zədələndiyi bildirilib. Onunhansı müddətə kənardan qalacağı indilik açıqlanmayıb.

Xatırladaq ki, sözügedən oyunçu bu ay "Əl-İttihad"dan ayrılaraq azad agent qismində "Əl-Hilal"a qoşulub. Yeni komandasında 3 oyuna çıxan Kərim 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər