"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemironun cəzası bəlli olub.
Fanat.Az xəbər verir ki, "Sauthempton"la matçda qırmızı vərəqə alan braziliyalı dörd oyunluq diskvalifikasiya olunacaq.
Bu barədə “Sky Sports” məlumat yayıb. Mənbənin məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi mövsümdə ikinci dəfə qırmızı vərəqə aldığı üçün uzun müddətə cəza alacaq.
Bundan əvvəl o, “Kristal Pelas”la dueldə meydandan qovulmuş və 3 oyunluq diskvalifikasiya olunmuşdu.
Mirağa