"Kayrat"ın sədri saxlanıldı

"Kayrat"ın sədri saxlanıldı

Qazaxıstanın “Kayrat” klubunun sədri Kayrat Boranbayev saxlanılıb.

Fanat.Az xəbər verir ki, məlumatı “KazTAG” nəşri məlumat yayıb.

Maliyyə Monitorinqi Agentliyi 56 yaşlı klub rəsmisini Almatıda saxlayıb.

Boranbayev müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib. Yaxın günlərdə onun iştirakı ilə istintaq tədbirlərinin keçiriləcəyi bildirilib.

Qeyd edək ki, o, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayevanın keçmiş qudasıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər