"Kayrat"da iki istefa

"Kayrat"da iki istefa

"Qarabağ"ın Konfrans Liqasının qrupundakı rəqiblərindən olan "Kayrat"da iki istefa baş verib.

Fanat.Az xəbər verir ki, klubun icraçı direktoru Talqat Takiyev və Marketinq şöbəsinin rəhbəri Müslim Cilbikaev postundan ayrılıblar.  Hər iki funksioner kluba yaxınlığı ilə tanınan "Almalı" holdinqdə çalışmağa davam edəcəklər. Onların yerinə yeni təyinatlar haqqında məlumat verilməyib.

Qeyd edək ki, "Qarabağ" "Kayrat"la qrupda ilk oyununu oktyabrın 21-də Bakıda keçirəcək.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər