Kay Xaverts İPL-də klubunu dəyişir

Kay Xaverts İPL-də klubunu dəyişir

"Arsenal" "Çelsi"nin futbolçusuna elçi düşüb. 

Fanat.Az xəbər verir ki, "topçular" hücumçu Kay Xavertsi heyətinə qatmağa hazırlaşır.

Bu barədə "The Athletic" məlumat yayıb. Xəbərə görə, artıq tərəflər arasında danışıqlar gedir. Hazırda sözləşmənin maliyyə tərəfləri müzakir olunur. 

"Arsenal"ın 24 yaşlı forvard üçün 75,6 milyon avro ödəməyə razı olduğu bildirilir. 

Qeyd edək ki, Almaniya millisinin üzvü 2020-ci ildən "Çelsi"də çıxış edir. 87 oyunda meydana çıxan futbolçu 19 qola imza atıb. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər