Kataloniya klubu tarixi ilkə imza atdı

Kataloniya klubu tarixi ilkə imza atdı

İspaniya La Liqasında bu mövsümün sürpriz komandası olan "Jirona" avrokuboka vəsiqəni təmin edib.

Fanat.Az xəbər verir ki, kataloniyalılar çempionatın 32-ci turunda evdə "Kadis"ə qalib gəlməklə (4:1) buna nail olublar.  

Beləliklə, "Jirona" 7-ci pillədəki "Betis"lə xal fərqi 20-yə çatdırıb ki, hətta nəzəri cəhətdən geridə qalan 6 raundda bu fərqi aradan qaldırmaq mümkün deyil.

Bununla yanaşı, "Jirona"nın Çempionlar Liqasına vəsiqə şansı da çox yüksəkdir - Miçelin komandası 5-ci yerdə olan "Atletik"i 10 xal qabaqlayır.

"Mundo Deportivo"nun məlumatına görə, “Jirona” bundan əvvəl heç vaxt Avropa yarışlarında çıxış etməyib. Üstəlik, Kataloniya klubu bu il İspaniya futbolunun elitasında cəmi 4-cü mövsümünü keçirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər