Karlsen yenə dünya çempionu oldu

Karlsen yenə dünya çempionu oldu

Norveçli şahmatçı Maqnus Karlsen dünya çempionu titulunu qoruyub.

Fanat.Az xəbər verir ki, 31 yaşlı qrossmeyster rusiyalı Yan Nepomnyaşi ilə dünya şahmat tacı uğrunda görüşün 11-ci partiyasından da qalib ayrılıb. Qara fiqurlarla oynayan Karlsen rəqibini 49-cu gedişdə təslim edib.

Beləliklə, sona 3 görüş qalmış hesab 7,5:3,5 olub və Karlsen çempionluğunu vaxtından əvvəl rəsmiləşdirib.

Qeyd edək ki, Maqnus Karlsen ilk dəfə 2013-cü ildə şahmat tacına yiyələnib. O, sonrakı mübarizələrdə titulunu qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər