Kante məşqlərə qatılmaqdan imtina edib

Kante məşqlərə qatılmaqdan imtina edib
"Çelsi"nin yarımmüdafiəçisi N'Qolo Kante Premyer Liqanın bərpa planına qarşıdı.
Fanat.Az Goal.com-un "Çelsi" müxbiri Nizaar Kinsellaya istinadən xəbər verir ki, Kante çərşənbə günü keçirilən məşq sessiyasında iştirak etməyib.
Fransız futbolçu sağlamlığına görə narahatdı və bu səbəbdən bazada keçirilən çalışmalara qatılmaq istəmir. Baş məşqçi Frenk Lempard oyunçusu başa düşüb və məşqlərini evdə davam etdirməsinə icazə verib.
Kantenin koronavirus testinin nəticəsi neqativ çıxıb. O, "Çelsi"nin çərşənbə axşamı keçirilən ilk qrup məşqinə qatılmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər