Kanoe və Avarçəkmə Federasiyası bulvarda tədbir keçirəcək

Kanoe və Avarçəkmə Federasiyası bulvarda tədbir keçirəcək

İyunun 1-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası mətbuat konfransı təşkil edəcək.

Fanat.Az xəbər verir ki, konfrans saat 15:00-da Dənirkənarı Milli Park ərazisində yerləşən “Kiçik Venesiya şəhərciyi”ndə baş tutacaq. Tədbir zamanı Azərbaycan Kanoe və Avarçəkmə federasiyasının cari il ərzində gördüyü işlər və gələcək planları haqqında məlumat veriləcək və KİV nümayəndələrinin sualları cavablandırılacaq. Həmçinin federasiyanın yeni rəsmi internet saytı ictimaiyyətə təqdim ediləcək. 

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə baş tutacaq bu tədbirdə avarçəkmə qayıqları “Kiçik Venesiya şəhərciyi” ərazisindəki suda nümayiş etdiriləcək. Burada əsas məqsədlərdən biri paytaxt Bakıda yaşayan uşaqlar və yeniyetmələr arasında avarçəkməyə marağı daha da artırmaq, eyni zamanda onları bu idman növünə cəlb etməkdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər