Kan və Höness Riberini "Bayer Münhen"ə qaytarır - SON DURUM

Kan və Höness Riberini "Bayer Münhen"ə qaytarır - SON DURUM
Fransa millisinin sabiq yarımmüdafiəçisi Frank Riberi karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "L'Equipe" yayıb.
Mənbə Riberinin hazırda Münhendə olduğunu, fərdi məşq edərək müxtəlif təklifləri nəzərdən keçirdiyini bildirib. Yazılanlara inansaq, "Bayer Münhen" rəsmilərindən olan Oliver Kan və bu klubun fəxri prezidenti Uli Höness onu geri qaytarmaq istəyirlər.
Qeyd edək ki, son klubu "Fiorentina" olan Riberi 2007-2019-cu illər aralığında "Bayer Münhen"in şərəfini qoruyub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər