Kamranın komandasına divan tutdular

Kamranın komandasına divan tutdular
Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, U-21 millimizin sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Krasnodar”la qarşılaşıb. Əliyevin komandası 2:7 hesablı darmadağına üzülüb.
 
Kamran 58-ci dəqiqədə medana buraxılıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə fərqlənə bilməyib.
 
8 tura 3 xal yığan "Ximki” 16 iştirakçı arasında 15-ci pillədə mövqe tutub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər