Kamran Ağayev De Byazinin köməkçisi təyin olundu

Kamran Ağayev De Byazinin köməkçisi təyin olundu

Azərbaycan yığmasının keçmiş qapıçısı Kamran Ağayev milli komandada işə başlayıb.

Fanat.Az xəbər verir ki, Ağayev millinin baş məşqçisi Canni De Byazinin köməkçisi təyin olunub.

O, yığma komandada qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Kamran Ağayev 2008 - 2018-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Ağayev bu ilin yanvarında karyerasını başa vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər