Jiru kareyrasını harada davam etdirəcək? - Forvard qərarını verdi

Jiru kareyrasını harada davam etdirəcək? - Forvard qərarını verdi

"Milan"ın hücumçusu Olivye Jiru karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən yayıb.

Mənbə Fransa yığmasının heyətində DÇ-2022-də çıxış edən forvardın mundialdan sonra "qırmızı-qaralar"la müqavilə yeniləyəcəyini açıqlayıb. Xəbərə görə, tərəflər artıq şifahi razılığa gəlib və formallığın aradan qaldırılması üçün yalnız rəsmi sənədlərin imzalanması qalıb.

Qeyd edək ki, 36 yaşlı Jiru 2021-ci ildən "Milan"dadır.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər