Jezniçak ölkəsində top qovacaq - KLUBU MÜƏYYƏNLƏŞİR

Jezniçak ölkəsində top qovacaq - KLUBU MÜƏYYƏNLƏŞİR

"Qarabağ"a lazım olmayan Yakub Jezniçakın yeni iş yeri bəlli olmaq üzrədi.

 

Fanat.Az-ın Polşla mətbuatına istinadən məlumatına görə, 33 yaşlı müdafiəçi ölkəsinə qayıdır.

Polşa millisinin sabiq üzvü "LKS Lodz"la anlaşmağa yaxındı. Hazırda I liqada mübarizə aparan komanda sona 1 tur qalmış Ekstraklasaya vəsiqəni təmin edib. İndidən gələn mövsümün heyətini qurmağa başlayan "LKS Lodz"un danışıq apardığı futbolçular arasında Jezniçak öndə gəlir.

Jezniçak 2017-ci ildən son mövsüm bitənə qədər "Qarabağ"da top qovub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər