İslamiada: Həndbol millimiz "gümüş"lə kifayətləndi

İslamiada: Həndbol millimiz "gümüş"lə kifayətləndi

Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, yığmamızın rəqibi Türkiyə seçməsi olub. Görüş yerli komandanın qələbəsi ilə yekunlaşıb - 30:24.

Beləliklə, Azərbaycan millisi 2017-ci ildə Bakıda keçirilmiş İslamiadanın qalibi titulunu qoruya bilməyib və gümüş medalla kifayətlənməli olub. Həmin vaxt finalda 26:28 hesabı ilə yenilmiş Türkiyə yığması bu dəfə məğlubiyyətin əvəzini çıxmağı bacarıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər