İrqçilik İFA prezidentinə baha başa gəldi

İrqçilik İFA prezidentinə baha başa gəldi
İngiltərə Futbol Assosiasiyasının (İFA) prezidenti Qreq Klark postundan gedib.
Fanat.Az xəbər verir ki, informasiyanı qurumun rəsmi saytı məlumat yayıb. Klarkın istefasına səbəb Parlamentdə təşkil olunan tədbirdə irqçiliyə yol verməsidir. O, çıxışı zamanı "rəngli futbolçular” ifadəsi işlədib.
Millət vəkillərinin və cəmiyyətin etirazlarına görə Klark postunu tərk etmək məcburiyyətində qalıb.
Assosiasiyaya müvəqqəti olaraq Peter Makkormik rəhbərlik edəcək.
Qreq Klark 2016-cı ildən İngiltərə futbolunun rəhbəri idi. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər