İPL: MY büdrədi, "Börnli" səfərdə şou göstərdi

İPL: MY büdrədi, "Börnli" səfərdə şou göstərdi
İngiltərə Premyer Liqasında 33-cü turun oyunları keçirilir.
 
Fanat.Az xəbər verir ki, bu gün daha üç görüş reallaşıb.
 
"Vulverhempton” öz meydanında "Börnli”dən darmadağın alıb.
 
"Aston Villa” – "Vest Bromviç” duelində tərəflər hərəyə iki top vurub.
 
"Lids” - "Mançester Yunayted” qarşılaşması isə qolsuz bərabərliklə yekunlaşıb.
 
Qeyd edək ki, bu turun "Fulhem” – "Tottenhem” və "Mançester Siti” – "Sauthempton” matçları daha əvvəl keçirilib.
 
İngiltərə Premyer Liqası
33-cü tur
25 aprel
 
Vulverhempton – Börnli 0:4
Qollar: Vud, 15; 21; 44. Vestvud, 85.
 
Lids – Mançester Yunayted 0:0
 
Aston Villa – Vest Bromviç 2:2
Qollar: El-Qazi, 9. Deyvis, 90+2 – M.Pereyra, 23. Minqs, 47-öz qapısına.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər