İnzagi və ailəsi koronavirusa yoluxdu

İnzagi və ailəsi koronavirusa yoluxdu
İtaliyanın "Latsio" klubu baş məşqçi Simone İnzagi koronavirusa yoluxub.
Fanat.Az xəbər verir ki, bu barədə 45 yaşlı mütəxəssisin həyat yoldaşı Qayya Lukaryello "instagram” hesabında paylaşım edib. 
O, bütün ailə üzvlərinin testinin müsbət çıxdığını bildirib. Lukaryello özlərini yaxşı hiss etdiklərini və təcrid olunduqlarını yazıb.
Qeyd edək ki, "Latsio" İtaliya A Seriyasında 52 xalla 6-cı pillədə qərarlaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər