İngiltərə Kuboku: Yarımfinal cütlükləri müəyyənləşdi

İngiltərə Kuboku: Yarımfinal cütlükləri müəyyənləşdi
İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, son oyun günündə iki görüş reallaşıb.
 
"Çelsi” "Şeffild Yunayted”i qəbul edib və inamlı qələbə sayəsində yarımfinala yüksəlib. Səfərdə "Lester Siti” ilə qarşılaşan "Mançester Yunayted” isə mübarizəni dayandırıb.
 
İlk oyun günündə "Sauthempton” "Bornmut”a, "Mançester Siti” isə "Everton”a qalib gəlməklə növbəti mərhələyə vəsiqə qazanmışdı.
 
Beləliklə, aprelin 17-18-də keçiriləcək yarımfinal görüşlərində "Mançester Siti” "Çelsi”ylə, "Lester Siti” isə "Sauthempton”la qarşılaşacaq.
 
İngiltərə Kuboku
1/4 final
20 mart
 
Everton – Mançester Siti – 0:2
Qollar: Gündoğan, 84. De Bröyne, 90.
 
Bornmut – Sauthempton – 0:3
Qollar: Djenepo, 37. Redmond, 45+1; 59.
 
21 mart
 
Çelsi – Şeffild Yunayted 2:0
Qollar: Norvud, 24-öz qapısına. Ziyeş, 90+2.
 
Lester Siti – Mançester Yunayted 3:1
Qollar: İheanaço, 24; 78. Tilemans, 52 – Qrinvud, 38.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər