İngiltərə klubunun Lukaku planı

İngiltərə klubunun Lukaku planı

İcarə əsasında Milan "İnter"inin formasını geyinən Romelu Lukaku İngiltərəyə qayıtmağa yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Fichajes" yayıb.

Xəbərə görə, belçikalı forvardın xidmətində "Aston Villa" maraqlıdır. Mənbə Birmingem təmsilçisinin növbəti mövsüm üçün komandanı məhz 29 yaşlı forvardın ətrafında formalaşdırmağı hədəflədiyini vurğulayıb.

Qeyd edək ki, müqavilə ilə "Çelsi"yə məxsus olan Lukakunun icarə müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər