İngiltərə çempionu "yuva"ya döndü

İngiltərə çempionu "yuva"ya döndü

"Mançester Siti"nin yarımmüdafiəçisi Fernandinyo karyerasını vətəni Braziliyda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, futbolçu keçmiş klubunda çıxış edəcək.

Belə ki, "Atletiko Paranaense" rəsmi "Twitter" səhifəsində əvvəllər də bu klubda oynamış yarımmüdafiəçi Fernandinyonun geri qayıtdığını elan edib. Tərəflər arasında 2 illik müqavilə imzalanıb.  

37 yaşlı yarımmüdafiəçi 9 il çıxış etdiyi "Mançester Siti"dən bu yay ayrılıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər