İngiltərə bunu 5-ci cəhddə bacardı

İngiltərə bunu 5-ci cəhddə bacardı

Futbol üzrə İngiltərə millisi 1996-cı ildən bəri ilk dəfə Avropa çempionatlarının final mərhələsində penaltilər seriyasında qalib gəlib.

Fanat.Az xəbər verir ki, Britaniya təmsilçisi 28 ildən sonra "lotoreya"da AÇ-2024-ün dünən baş tutan 1/4 finalında İsveçrəni üstələyib.

Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında Qaret Sautgeytin rəhbərlik etdiyi kollektiv daha inamlı olub - 5:3.

Bunadək İngiltərə AÇ-2020-nin finalı da daxil olmaqla dörd dəfə uduzmuşdu.

Qeyd edək ki, İngiltərə millisi qitə birinciliyinin yarımfinalında Niderland seçməsi ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər