İngilislər 18 yaşlı italyana 43 milyon funt sterlinq verir

İngilislər 18 yaşlı italyana 43 milyon funt sterlinq verir

"Çelsi” və "Liverpul” İtaliyanın U-19 millisinin yarımmüdafiəçisi Sandro Tonali uğrunda mübarizəyə girişib.

 

Fanat.Az xəbər verir ki, İtaliyada "İnter”in də istədiyi "Breşia”nın üzvünə "zadəganlar” 43 milyon funt sterlinq verməyə hazırdı. "Breşia” isə klubu ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında başa çatacaq 18 yaşlı gənci satmaqla bağlı qərar verməyə tələsmir.

 

Tonali bu mövsüm B Seriyası klubunun formasıyla çıxdığı 20 oyununda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər