"İndi oynasaydım, 170 milyon qiymətim olardı"

"İndi oynasaydım, 170 milyon qiymətim olardı"

"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand "YouTube" üzərindən yayımlanan "Five" kanalına müsahibə verib.

Fanat.Az-ın məlumatına görə, o, futbolçuların indiki qiyməti barədə sualı belə cavablayıb:

"İndi oynasaydım, 100 milyon funt mənim üçün az olardı. Ciddi deyirəm. Hazırki bazarı nəzərə alsaq, 170 milyon qiymətim olar, həftəyə 400 min funt maaş alardım. O qiymət üçün bu məvacib azdır? Ola bilər. Amma məncə, elə 400-450 min alardım".

Qeyd edək ki, Ferdinand iki dəfə dünyanın ən bahalı müdafiəçisi olub. 2000-ci ildə "Lids" Rionu "Vest Hem"dən 18 milyon funta -  rekord qiymətə transfer edibsə, 2002-ci ildə "Mançester Yunayted" bu futbolçu üçün "Lids"ə təqribən 29 milyon funt ödəyərək rekordu yeniləyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər