"İlk dəfə deyil uduzuruq, ancaq indi..." - "Bayern"in prezidenti "od püskürdü"

"İlk dəfə deyil uduzuruq, ancaq indi..." - "Bayern"in prezidenti "od püskürdü"

"Bayern Münhen"in prezidenti Herbert Hayner Bundesliqanın 27-ci turu çərçivəsində ev oyununda Dortmund "Borussiya"sına məğlubiyyətdən sonra komandasını tənqid edib.

Fanat.Az xəbər verir ki, "Sky Sport" klub funksionerinin dediklərini belə təqdim edib:   “Bu, bizim görmək istədiyimiz “Bayern” deyildi. Bu mövsüm ilk dəfə deyil ki, oyunda uğur qazana bilmirik. Amma əvvəlkilərdə komanda döyüşüb uduzmuşdu. Bu dəfə çox ehtirassız idilər və belə olduğu meydanda nəzərə çarpırdı”.

Xatırladaq ki, Bundesliqada 2023/24 mövsümünün bitməsinə 7 tur qalmış "Bayern" lider "Bayer"dən 13 xal geri qalır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər