İlin ən yaxşı məşqçisi bu mütəxəssislərdən biri olacaq - Siyahı qısaldı

İlin ən yaxşı məşqçisi bu mütəxəssislərdən biri olacaq - Siyahı qısaldı

"Globe Soccer Awards" ilin ən yaxşı məşqçisi adına yekun namizədlərin siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, bunlar Xosep Qvardiola ("Mançester Siti"), Karlo Ançelotti ("Real Madrid"), Mikel Arteta ("Arsenal"), Simone İnzagi ("İnter"), Marsel Koller ("Əl-Əhli"), Lionel Skaloni (Argentina millisi), Luçano Spaletti (İtaliya millisi) və  Xavidir ("Barselona").

Xatırladaq ki, bu tədbir Avropa Klublar və Futbol Agentləri assosiasiyası tərəfindən təşkil edilir. Mükafatlandırma mərasimi adətən dekabrın son günlərində Dubayda keçirilir.  Ötən il bu nominasiya üzrə qalib "Real"ın çalışdırıcısı Karlo Ançelotti olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər