Barselona Olimpiya Oyunları
25 iyul 1992-ci il 169 ölkədən və 9356 idmançıdan ibarət olan maraqlı Barselona Olimpiya oyunları keçirilişmişdi.
Sovetlər ittifaqının dağılmasına rəğmən SSRİ-nin vaxtilə tərkibində olan respublikaların təmsilçiləri bir bayraq - Olimpiya Bayrağı altında çıxış edirdi. Latviya, Litva və Estoniya istisna olmaqla...
Halk
1986-cı ilin bu günündə Konfederasiyalar Kubokunun qalibi (2013), Olimpiya Oyunlarının gümüş mükafatçısı (2012), Avropa Liqasının qalibi (2011), 3 qat Portuqaliya çempionu (2009, 2011, 2012), Portuqaliya Kubokunun (2009, 2010, 2011) və Portuqaliya Superkubokunun (2009, 2010, 2011) 3 qat qalibi, Rusiya çempionu (2015), Rusiya çempionatının bürünc mükafatçısı (2016), Rusiya Kubokunun (2016), Rusiya Superkubokunun qalibi (2015), Portuqaliya (2010/11) və Rusiyadakı (2014/15) çempionatların bombardiri Jivanildu Vieyra de Souza - Halk ləqəbi ilə daha çox tanınan futbolçu dünyaya gəlib.
İvan Udodov
1952-ci il 25 iyultarixində İvan Udodov ağır atletika üzrə SSRİ-nin ilk Olimpiya çempionu olub. O, Helsinkidə keçirilən Oyunlarda 56 kq-a qədər çəki dərəcəsində triatlonda 315 kq nəticə ilə qalib gəlib.
Udodovun qələbəsi simvolikdir. Çünki Böyük Vətən müharibəsi dövründə idmançı Buhenvald konslagerində məhkumluq həyatı sürürdü.