İdman Araşdırmalar Mərkəzinin (İAM) "İlin Qalibləri - 2022" layihəsi üzrə "Qızıl onluq" adlı mükafatlandırma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, "Sahil" otelində təşkil olunmuş tədbirdə müxtəlif nominasiyalar üzrə 54 KİV-i təmsil edən idman jurnalistləri arasındakı sorğunun nəticələri açıqlanıb.
Eyni zamanda, İAM-ın xüsusi mükafatları təqdim edilib.
Qaliblər bunlardır:
Nominasiyalar üzrə
İlin İdman Xadimi - Fərid Qayıbov (Gənclər və idman naziri) İlin Əcnəbi Futbolçusu - Kadi Borges ("Qarabağ") İlin Futbolçusu - Emin Mahmudov ("Neftçi") İlin İdmançısı - Eldəniz Əzizli (Yunan-Roma güləşçisi), Gövhər Beydullayeva (şahmatçı - qadınlar arasında) İlin Komandası - "Qarabağ", minifutbol üzrə Azərbaycan yığması (milli komandalar arasında) İlin Məşqçisi - Qurban Qurbanov ("Qarabağ") İlin İdman Yarışı - Yunan-Roma güləşi üzrə Dünya Kuboku
Xüsusi mükafatlar Kütləvi idman baxımından İlin Fəal Federasiyası - Azərbaycan Minifutbol Federasiyası "İlin Qalibləri" layihəsinə daimi dəstək verdiklərinə görə Etibarlı Tərəfdaş - "Report" İnformasiya Agentliyi, "IlAzero" geyim brendi
Qeyd edək ki, "İlin Qalibləri - 2022" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru "IlAzero", təşkilati dəstəkçisi Qusar Olimpiya İdman Kompleksi, informasiya dəstəkçisi isə "Report" agentliyidir.