İddiaçılar Turniri: Nicat Abasov hindistanlı şahmatçı ilə sülh bağladı

İddiaçılar Turniri: Nicat Abasov hindistanlı şahmatçı ilə sülh bağladı

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin növbəti görüşündə heç-heçə edib.

Fanat.Az xəbər verir ki, 28 yaşlı qrossmeyster XIII turda hindistanlı Vidit Santoşla qarşılaşıb.

Abasov qara fiqurlarla oynayıb.

Bu nəticədən sonra Abasov 3,5 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb. Santoş isə 5,5 xalla altıncıdır.

Qeyd edək ki, yarış sabah - aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər