Çiçarito növbəti mövsümə harada başlayacaq?

Çiçarito növbəti mövsümə harada başlayacaq?

Meksikalı hücumçu Çiçarito (Xavyer Ernandes) MLS təmsilçisi "Los-Anceles Qelaksi"ni tərk edəcək.

Fanat.Az xəbər verir ki,  "Fox Sports" onun dediklərini belə çatdırıb:

"Gələn il hansı komandada oynayacağımı zaman göstərəcək. Hələ bilmirəm. Bərpa prosesi uğurla gedir. İki-üç aydan sonra yenidən meydanda olacam".

Çiçarito bu yay ağır zədə almışdı. Onun xaçvari bağları qopmuş, azı fevrala qədər oynaya bilməyəcəyi dəqiqləşmişdi.  

Qeyd edək ki, daha öncə "Los-Anceles Qelaksi" müqaviləsinin müddəti bu ilin dekabrında başa çatacaq oyunçu ilə anlaşma yenilənməyəcəyini açıqlayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər