Ötən il Zlatan İbrahimoviçin doğma klubu "Malmö" onun şərəfinə heykəl ucaltmaq qərarına gəlmişdi. Bir müddət sonra İbra başqa İsveç klubu - "Hammarbü"nün ortaq sahiblərindən birinə çevrildi. Bu addımı bəyənməyən "Malmö" fanatları isə bir neçə cəhddən sonra sözügedən heykəli yıxdılar.
Fanat.Az xəbər verir ki, 38 yaşlı futbolçu "Dplay" portalına açıqlamasında məsələyə münasibət bildirib:
"Etdikləri hərəkət utancvericidi. Onların, sadəcə, diqqətə ehtyacları var idi. Medianın bu barədə yazmasını istəyirdilər. Bağça səviyyəsində hərəkətdi. Heykəli sökmələri hekayəmin üstündən də xətt çəkdikləri anlamına gəlmir. Mənim hekayəm əbədi yaşayacaq".
Qeyd edək ki, İbrahimoviç karantin günlərində formasını qorumaq üçün "Hammarbü" futbolçuları ilə birlikdə məşq edir.
Fanat.Az