İbrahimoviç birlikdə oynadığı ən yaxşı "11-liy"i açıqladı

İbrahimoviç birlikdə oynadığı ən yaxşı "11-liy"i açıqladı

Bugünlərdə karyerasını başa vuran İsveçrə millisinin və “Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç keçmiş komanda yoldaşlarından ibarət "11-lik" formalaşdırıb. 

Fanat.Az xəbər verir ki, "Barca Universal" əfsanəvi forvardın adını çəkdiyi futbolçulardan ibarət rəmzi komandanı tərtib edib.

Start "11-lik": Buffon - Türam, Tyaqo Silva, Nesta, Maksvell - Vieyra, Xavi, Nedved - Messi, Ronaldinyo, İbrahimoviç. Ehtiyat oyunçular: Xulio Sezar, Kannavaro, Qattuzo, Zeedorf, İnyesta.

İbrahimoviç “Malmö”, “Ayaks”, “İnter”, “Yuventus”, “Barselona”, “Milan” (iki dəfə), PSJ, “Mançester Yunayted” və “Los Anceles Qalaksi” klublarında çıxış edib. O, İsveç millisinin heyətində 122 matçda 62 qol vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər