Hidayət Heydərov: "Qalib gələcəyimə əmin idim"

Hidayət Heydərov: "Qalib gələcəyimə əmin idim"

“Euronews” kanalının Macarıstanda keçirilən Böyük Dəbilqə turniri barədə hazırladığı süjetdə qalib cüdoçumuz Hidayət Heydərov da ön plana çıxıb.

Fanat.Az xəbər verir ki, süjetdə 73 kq çəki dərəcəsində yarışan Hidayətin dünya çempionu olan gürcüstanlı Laşa Şavdatuaşvilini “golden score” bölümündə geridə qoyduğu bildirilib.

Azərbaycanlı çempion finalda qələbə qazanacağına əmin olduğunu deyib: “Bu səhər oyananda özümü gümrah hiss edirdim və finalda olacağıma inanırdım. Finala çıxanda isə artıq bilirdim ki, qələbəni rəqibimə verməyəcəyəm. Belə desəm, qızıl medal qazanacağıma əmin idim”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər