“Heydər Əliyev-100”: Qrup mərhələsinə yekun vurulur

“Heydər Əliyev-100”: Qrup mərhələsinə yekun vurulur

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün qrup mərhələsinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, B qrupunda əvvəlcə autsayderlər - Türkiyə ilə CAR yığmaları üz-üzə gələcəklər. Digər görüşdə isə Fransa ilə Qazaxıstan qarşılaşacaq.

A qrupunda İtaliya Çexiya ilə, qrupda liderliyini bölüşdürən Azərbaycanla isə Serbiya milliləri münasibətlərinə aydınlıq gətirəcəklər. 

Qeyd edək ki, qrup birinciləri yarımfinala vəsiqə qazanacaqlar. 2-3-cü yerləri tutacaq komandalar isə pley-offda üz-üzə gələcəklər.

Beynəlxalq Minifutbol Turniri 4 may A qrupu

17:30. İtaliya – Çexiya 19:00. Azərbaycan – Serbiya

B qrupu

14:30. CAR – Türkiyə 16:00. Fransa - Qazaxıstan

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər