Hələ İPL tarixində Ederson kimisi olmamışdı

Hələ İPL tarixində Ederson kimisi olmamışdı

“Mançester Siti”nin braziliyalı qapıçısı Ederson yeni rekorda imza atıb.

Fanat.Az xəbər verir ki, cənubi amerikalı qolkiper bu nəticəni İngiltərə Premyer Liqasının XVII turunda - “Lids”lə səfər matçında (3:1) meydana çıxaraq reallaşdırıb.

O,  “şəhərlilər”in "çərçivə" qoruyucusu qismində forma geyindiyi 197-ci oyunda 150-ci qələbəsini qazanıb. Ederson İPL-də 150 qələbəyə ən qısa müddətdə çatan oyunçu olub. Öncəki rekord “Mançester Yunayted”in sabiq müdafiəçisi Patris Evraya məxsus idi. Patris 150-ci zəfərinə 213-cü matçında sevinmişdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər