"Heç nədən görüşü saxladı, 2 xalımı da vermədi" - Əliabbas Rzazadə

"Heç nədən görüşü saxladı, 2 xalımı da vermədi" - Əliabbas Rzazadə

Macarıstanda keçirilən Avropa çempionatında 57 kiloqram çəki dərəcəsində Azərbaycana gümüş medal qazandıran sərbəst güləşçi Əliabbas Rzazadənin Fanat.Az-a müsahibəsi

- Əliabbas, "gümüş"ü qazandın, ya "qızıl"ı itirdin? - "Qızıl"ı itirdim. Bunda da hakimin açıq-aşkar haqsız qərarı birbaşa rol oynadı. "Tuşe" vəziyyətində referi heç nədən görüşü saxladı. Üstəlik, 2 xalımı vermədi. Həmin hakim məhz mənim final görüşümdəki yanlış qərarlarına görə sonradan yarışdan uzaqlaşdırıldı. Tək mənə qarşı yox, digər güləşçilərimizə qarşı da haqsızlıq oldu. Hacı Əliyevin fəndi sayılmadı, həmçinin 70 kiloda çıxış edən Zirəddin Bayramovun xalını vermədilər.

"Heç nədən görüşü saxladı, 2 xalımı da vermədi" - Əliabbas Rzazadə

- Daha öncə Əşrəf Aşırov da hakim idarəçiliyi mövzusuna toxunmuşdu. Səncə, doğru olmayan qərarlar qərəzlə bağlı idi, ya eləcə səriştəsizlikdən qaynaqlanırdı? - Qərəzli olub-olmaması barədə heç nə söyləyə bilmərəm. Sadəcə, fakt budur ki, xallarımız sayılmadı.

- Razılaşaq ki, finaldakı Şimali Makedoniya təmsilçisi keçiləsi rəqib idi. Hansı məqamda səhv etdiyini düşünürsən? - Doğrudur. Mənim yarımfinalda çox asanlıqla udduğum gürcüstanlı güləşçi keçən il onu məğlub etmişdi. Böyüklərdə ilk Avropa çempionatım idi. Qızıl medalın bir addımlığında həyəcan da mənə  mane oldu. Udulacaq rəqibdir, gələn yarışlarda qarşılaşsaq, əminəm ki, onu rahatlıqla məğlub edəcəyəm.

"Heç nədən görüşü saxladı, 2 xalımı da vermədi" - Əliabbas Rzazadə

- Vurğuladığın kimi, bu AÇ böyüklərdə ilk ciddi sınağın idi. İlin əsas imtahanı isə sentyabrda Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı olacaq. Mundialla bağlı hədəfin nədir? - "Gümüş"ü orada "qızıl"a çevirmək istəyirəm. Bu ikincilik sadəcə başlanğıc idi. Hər şey hələ qabaqdadır. Ən önəmlisi isə Olimpiadadır. Ən böyük arzum, hədəfim Olimpiya çempionluğudur.

Sahib Əsədbəyli

"Heç nədən görüşü saxladı, 2 xalımı da vermədi" - Əliabbas Rzazadə

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər