Həbib - Qetji döyüşünə azarkeşlər buraxılacaqmı?

Həbib - Qetji döyüşünə azarkeşlər buraxılacaqmı?
Oktyabrın 24-də Əbu-Dabidəki "Döyüşçü adası"nda UFC 254 turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, ESPN-in insayderi Brett Okamoto turnirin döyüşlərinə azarkeşlərin buraxılmayacağı barədə məlumat yayıb. Jurnalist yalnız xüsusi qonaqların canlı baxa biləcəyi qarşılaşmalar üçün bilet satışının nəzərdə tutulmadığını vurğulayıb. 
Qeyd edək ki, turnirin əsas döyüşündə dağıstanlı UFC çempionu Həbib Nurməhəmmədovla sözügedən liqanın müvəqqəti çempionu Castin Qetji münasibətlərinə aydınlıq gətirəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər